Sənaye və Texnologiya Kollecinin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Nəbiyevanın təşkilatçılığı ilə AS105 qrupunun tələbələri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə maarifləndirici ekskursiya etmişlər. Ekskursiyanın əsas məqsədi tələbələrin Azərbaycan ədəbiyyatına olan marağını artırmaq, onların klassik və müasir ədəbi irsimiz haqqında biliklərini daha da zənginləşdirmək olmuşdur. Səfər zamanı tələbələr muzeyin zəngin ekspozisiyası ilə tanış olmuş, Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini əks etdirən qiymətli nümunələri yaxından görmək imkanı əldə etmişlər. Tələbələr ekskursiya zamanı görkəmli şair və yazıçıların həyat və yaradıcılığı haqqında geniş məlumat almış, xüsusilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin ədəbi irsi ilə daha dərindən tanış olmuşlar. Ekskursiyanın sonunda tələbələr əldə etdikləri təəssüratları yüksək qiymətləndirdilər.







